Zaqatalanın Faldarlı kəndində yaşayış evində yanğın baş verib.
Shimal.News məlumat verir ki, ümumi sahəsi 80 kv.m olan kürsülü, birmərtəbəli, 3 otaqlı ev tamamilə yanıb. Tikilinin yanar konstruksiyaları qısa müddətdə alova bürünüb.
Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələrinin səyləri nəticəsində yaxınlıqdakı digər ev və tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.