top
Yer altından gələn TƏHLÜKƏ
07 yanvar 2026, 09:23
- ↺ +

Yer altından gələn TƏHLÜKƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycanın yeraltı su ehtiyatları hesablamalara görə 8–10 milyard kubmetr təşkil edir. Lakin təsdiqlənmiş və real istifadə oluna bilən potensial cəmi 4,5–5 milyard kubmetr civarındadır. Bu göstərici o qədər də böyük deyil və əsas problemlərdən biri də suvarma və içməli su məqsədləri üçün yeraltı su ehtiyatlarından həddindən artıq istifadə olunmasıdır".

Demokrat.az-ın məlumatına görə, bunu ekoloq Sadiq Həsənov deyib. O, bildirib ki, yerüstü su ehtiyatlarının azalması fonunda Naxçıvan, Aran rayonları, Qərb bölgəsi, eləcə də Şəki, Zaqatala, Balakən və Şamaxı ərazilərində yeraltı sular suvarma məqsədilə intensiv şəkildə istifadə olunur:


"Hətta bəzi hallarda bu sular içməli su ilə yanaşı, kənd təsərrüfatında da geniş tətbiq edilir. Nəticədə yeraltı su ehtiyatları azalır, su layları zəifləyir və yerin altında torpaq qatlarının boşalması prosesi başlayır. Bu boşalma isə müəyyən ərazilərdə torpaq çökmələrinə səbəb olur və bu proseslərin davamlı olacağı istisna edilmir".


Ekoloq bildirib ki, iqlim dəyişmələrinin təsiri bu vəziyyəti daha da ağırlaşdırır: "Azərbaycanın su ehtiyatları artıq 10 faizdən çox azalıb. Bu azalma həm yerüstü, həm də yeraltı su ehtiyatlarını əhatə edir və nəticədə torpaq sürüşmələri, çökmələr, əkin sahələrinin və digər təsərrüfat ərazilərinin zədələnməsi halları artır. Torpaq sürüşmələrinin əsas səbəblərindən biri də daşqınlardır. Son illərdə yağıntıların ümumi miqdarı kəskin dəyişməsə də, onların intensivliyi xeyli artıb. Əvvəllər bir neçə ay ərzində yağan yağışlar indi bir-iki günə düşür və bu da daşqınların yaranmasına gətirib çıxarır. Daşqınların sayı və təsir gücü əvvəlki illərlə müqayisədə 3–4 dəfə artıb".Onun sözlərinə görə, bu proses xüsusilə sürüşməyə meyilli bölgələrdə, Şəki, Şamaxı, İsmayıllı, Göyçay, Qəbələ, Oğuz və ətraf rayonlarda torpaq sürüşmələrini daha da gücləndirir:


"Nəticədə torpağın münbit qatları itir, əkin sahələri və digər təsərrüfat fəaliyyətləri ciddi zərər görür. Ümumilikdə, əsas səbəblər iqlim dəyişikliklərinin təsiri, su ehtiyatlarının azalması, əhalinin suya tələbatının artması və yeraltı laylarda su ehtiyatlarının tükənməsi ilə bağlıdır. Bu amillər torpaq çökmələrinin və sürüşmələrin baş verməsinə gətirib çıxarır".


Ekoloq, qeyd edib ki, vəziyyətdən çıxış yolu ilk növbədə su ehtiyatlarından qənaətlə istifadə edilməsidir:


"Bu, həm yerüstü, həm də yeraltı su ehtiyatlarına aiddir. Çünki Azərbaycan su ehtiyatları baxımından kasıb ölkələr sırasındadır. Hazırda adambaşına düşən su ehtiyatı 1300–2000 kubmetr arasında dəyişir ki, bu da ölkəmizi az su ehtiyatına malik ölkələr siyahısına daxil edir. Halbuki dünya üzrə bu göstərici 3000 kubmetrdən yuxarıdır. Su ehtiyatlarının azalması yeraltı sulara təzyiqi artırır və onların istifadəsini zəruri edir. Bu isə nəticə etibarilə su səviyyəsinin aşağı düşməsinə, torpaq qatlarının çökməsinə, sürüşmələrə və bəzi ərazilərdə boşluqların yaranmasına səbəb olur".


Qeyd edək ki, son günlər ölkənin müxtəlif bölgələrində, xüsusən əkin sahələrində dərinliyi təxminən beş-altı metr olan çuxurların yarandığı bildirilir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər