Xudatda “Novruz milli adət-ənənəmiz” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 21 mart tarixində məlumat verir.
Uşaq Musiqi Məktəbində təşkil edilən bayram tədbirində məktəbin müəllim və şagird kollektivi iştirak edib. Qonaqların çıxışlarından və təbriklərindən sonra şənlik bir-birindən gözəl musiqi nömrələri ilə davam edib.