“Xudat Konserv” ASC müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olduğuna görə məhkəməyə verilib. Bu barədə ShimalNews 2 fevral tarixində “Fed.az”a istinadən məlumat verir.
Müəssisə barəsində protokol tərtib olunub. İşə Xaçmaz Rayon Məhkəməsində baxılacaq. Qayda pozuntusu sübuta yetirildikdə vəzifəli şəxslər 500-600 manatadək məbləğdə, hüquqi şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilirlər.