"Xaçmaz Residence" yaşayış kompleksi ilə üzbəüz yerləşən çayxana və avtomobil yuma məntəqəsi sakinlərin narazılığına səbəb olub.
Bu barədə Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, obyektdə həm gündüz, həm də gecə saatlarında səs-küy yaranır.
"Bu obyekt sanki günün 24 saatı işləyir. Oradan gələn səs-küyə, nalayiq ifadələrə dözməkdən bezmişik. Obyekti işlədən şəxsə dəfələrlə müraciət etsək də, problem aradan qalxmayıb. Bu gecə də onların səsinə oyanmışıq", - deyə sakinlər bildiriblər.