Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyada qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda ShimalNews 1 fevral tarixində məlumat verir.
Qanunsuz ovun qarşısını almaq məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Xəzər dənizində nəzarət tədbirləri keçiriblər.
Araşdırma zamanı Xaçmaz rayonu İstisu qəsəbə sakinləri Azay Muradov, Çingiz Nağıyev və Elnur Yaqubovun qanun pozuntusuna yol verdikləri məlum olub.
Faktla bağlı həmin şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib edilib.