Xaçmaz rayonunda silah-sursat tapılıb. Bu haqda 21 iyun tarixində ShimalNews Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaraqurtlu kəndi ərazisində nömrəsi silinmiş “AK-74” markalı avtomat silah və 440 ədəd patron tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.