Xaçmazda məskunlaşan qaraçılar arasında xəsarətlə nəticələnən mübahisə baş verib. Bu barədə ShimalNews 3 iyul tarixində "Report"a istinadən məlumat verir.
Hadisə rayonun Vəlvələçay körpüsünün yatağında Yevlaxdan köçərək çadırlarda yaşayan qaraçılar arasında qeydə alınıb. Həmin rayon sakini, 22 yaşlı Dilbər Süleymanovanın qonşuları və qohumları olan şəxslərlə arasında mübahisə yaranıb.
Nəticədə Dilbər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.