Xaçmaz Avtovağzalından Bakı istiqaməti üzrə hərəkət edən sərnişinlər avtobus sürücülərinin qadağası ilə qarşılaşıblar. Bu barədə ShimalNews 15 mart tarixində “7Times.az”a istinadən məlumat verir.
Sərnişin Tofiq Muradov martın 14-də bildirib ki, kassadan bilet alan sərnişinlər avtobusa minməyə buraxılmayıblar. Onlara kobud rəftar göstərilib.
Xaçmaz Avtovağzalı ilə əlaqə yaratmaq və münasibəti öyrənmək uğursuz olub.