Xaçmaz rayonunun Sibiroba kəndində geniş ərazidə yanğın qeydə alınıb. Bu barədə ShimalNews 4 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, dənizə yaxın açıq ərazidə təqribən 21 ha sahədə qamışlıq yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.