Xaçmaz rayon sakini qanunsuz balıq ovuna görə saxlanılıb. Bu haqda ShimalNews 27 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Bəhruz Mahmudovun qanunu pozduğu müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, brakonyerdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.