Xaçmaz Şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Beynəlxalq Uşaq Müsabiqəsində uğur qazanıblar. Bu haqda ShimalNews 30 mart tarixində məlumat verir.
Fortepiano şöbəsinin 3-cü sinif şagirdləri Məryəm Əsgərli və Nicat Quliyev "Bız Bakıttı Balamız" adlı konkursun fortepiano ifaçılığı nominasiyası üzrə 2-ci dərəcəli diploma layiq görülüblər. Hər iki şagird məktəbin fortepiano müəllimi Aygün Xəlilovanın yetirmələridir.