Xaçmazda müəllimlə bağlı polisə müraciət edilib. Bu haqda ShimalNews 14 mart tarixində “Apa”ya istinadən xəbər verir.
Rayon Polis Şöbəsinə daxil olan məlumata görə, Qusarçay kənd tam orta məktəbində məktəbin idman müəllimi dərs zamanı şagirdə qarşı qeyri-etik hərəkət edib. 8-ci sinif şagirdi olan qız bildirib ki, müəllim qiymət yazmaq qarşılığında ona qarşı bu əməli törədib.
Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.