Xaçmaz rayonunun Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbələrinin, eləcə də Tel kəndinin sakinləri üçün səyyar görüş keçirilib. Bu barədə ShimalNews 15 mart tarixində xəbə r verir.
Şimali qəsəbəsində keçirilən tədbirdə icra başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Vətəndaşlar yeni məktəb binasının tikintisi, kəndlərarası yolun təmiri, su təchizatının yaxşılaşdırılması, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.