Xaçmaz rayonunda yaşayış evi yanır. Bu haqda ShimalNews 31 yanvar tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Hadisə saat 9:50 radələrində Qobuqıraq kəndində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.