Xaçmaz rayonu akvatoriyasında balıq ovlayan şəxs saxlanılıb. Bu haqda ShimalNews 2 aprel tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz əməl törədən şəxs müəyyən edilib.
Faktla bağlı onun barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.