Xaçmazda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib. Bu haqda ShimalNews 30 mart tarixində məlumat verir.
RİH başçısının müavini Günel Nürəddinova bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın müddətdir davam edir. Digər çıxış edənlər də ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.
Sonda soyqırımı gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.