Xaçmaz şəhərində məktəb yanıb. Bu haqda ShimalNews 10 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, hadisə ümumi sahəsi 10.020 kv.m olan (hər mərtəbəsi 3340 kv.m) binada qeydə alınıb. Məktəbin 2-ci mərtəbəsində sahəsi 36 kv.m olan otaqda 3 kompüter, 2 stol və 0,5 p.m elektirik naqilləri yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.