Xaçmazda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər davam edir. Bu haqda ShimalNews 16 fevral tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində Köhnə Xaçmaz kəndində yerləşən ət satışı və heyvan kəsimi məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Obyektin sahibi Eyvaz Kərimov barədə inzibati protokol tərtib edilib.
Daha öncə cərimələnən həmin sahibkar barədə xəbər vermişdik.