Xaçmazda AQTA tərəfindən reydlər davam edir. Bu haqda ShimalNews 25 yanvar tarixində agentliyə istinadən məlumat verir.

Yoxlama nəticəsində Köhnə Xaçmaz kəndində yerləşən ət satışı və heyvan kəsimi məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Obyektin sahibi Eyvaz Kərimov barədə inzibati protokol tərtib edilib.