Həftənin son günü Samur-Yalama milli parkında gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda 8 aprel tarixində Shimal.news Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 8-də yağıntı axşamdan tədricən kəsiləcək, 9-da, əsasən, yağmursuz keçəcək.
Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °, gündüz 12-16° isti olacaq.