Xaçmazda bir nəfərdən marixuana aşkar edilib. Bu haqda ShimalNews 28 iyun tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının dəmir yolu stansiyası ərazisində keçirilən tədbirləri nəticəsində İmamverdi Piriyev saxlanılıb. Ondan 180 qram marixuana aşkarlanaraq müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.