Bu gündən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir. Bu haqda ShimalNews 15 iyun tarixində məlumat verir.
Xaçmaz rayonu ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib. Müayinələrinin nəticələrinə əsasən, Yalama, Nabran, İstisu, Seyidli kəndi çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər nəticəsində dəniz suyunun tullantı çirkabla intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Şimal bölgəsinin çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.