Novruz bayramı ərəfəsində Xaçmazda ərzaqların qiymətlərini öyrənmişik. Bu haqda ShimalNews 19 mart tarixində məlumat verir.
Çox istifadə olunan məhsullar aşağıda göstərilən ortalama qiymətlərlə təklif olunur:
Meyvə-tərəvəz 1 kilo: pomidor 3.5 - 4.5 manat, xiyar 3.5 - 4 manat, yerkökü 0.5 - 1.3 manat, kələm 0.4 manat, narıngi 2.3 - 2.5 manat, portağal 2 manat, kivi 3.7 - 4 manat, nar 5 - 6 manat, banan 3 manat.
Çərəzlər 1 kilo: qoz (ləpə) 13-15 manat, fındıq 6.5-7 manat, badam 15 manat, qara kişmiş 9-15 manat, ağ kişmiş 8-10 manat, şabalıd 10-14 manat, iydə və innab 8-10 manat, ağ xurma 10-12 manat.
Sakinlər bildirirlər ki, bu qiymətlər Yeni İl ərəfəsindəkindən cuzi yüksəkdir.