Xaçmaz rayonunda şəhid ailələri ziyarət olunub. Bu haqda ShimalNews 14 mart tarixində məlumat verir.
Novruz bayramı ərəfəsində icra hakimiyyətinin başçısı lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Devid Cəlilov və Xanbaba Məmmədovun ailələrinə baş çəkib.
Elnur Rzayev Köhnə Xudat kəndində yaşayan ailələri bayram münasibətilə təbrik edib. Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini deyiblər.
[caption id="attachment_57554" align="alignnone" width="640"]
Foto Xaçmaz RİH[/caption]