Xaçmaz şəhərində ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 2 aprel tarixində məlumat verir.
Tədbir Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub. Torpaq-iqlim şəraitinə uyğun əkilən müxtəlif cinsli ağaclara gübrə verilərək suvarılıb.
Cari il ərzində bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.