Xaçmazda yerləşən mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə ShimalNews 10 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə şəhər ərazisində yerləşən mağazaların birindən 2350 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən rayon sakini K.Abdullazadə saxlanılıb.
Araşdırma aparılır.