Cari ilin ilk 6 ayı ərzində Xaçmaz rayonu üzrə bağlanılan ipoteka müqavilələrinin sayı açıqlanıb. Bu haqda ShimalNews 26 iyul tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
İpotekanın dövlət qeydiyyatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarələrində aparılıb. Burada bağlanılan müqavilələrin sayı 2026 təşkil edib.
Qeyd edilən vaxt ərazində paytaxt Bakıda 20 mindən çox, Abşeron rayonunda 5471, Sumqayıt şəhərində 2060, Gəncə şəhərində isə 1773 sənəd imzalanıb.