Xaçmazda Vətən müharibəsi şəhid Rəşid Mədinovun şəhadətinin ildönümü qeyd olunub. Bu barədə 14 oktyabr tarixində Report xəbər verib.
Tədbirdə şəhid ailələri, rayonun fəal gəncləri, ziyalıları, Vətən müharibəsi iştirakçıları, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları və YAP Kürdəmir rayon təşkilatının aparat işçiləri iştirak ediblər.
Rəşid Murovdağ, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə artilleriya atıcısı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Döyüş vaxtı ağır yaralanan əsgər yoldaşını çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb.