Xaçmaz şəhərində 31 oktyabr tarixində "Təhsildə psixoloji sağlamlıq" adlı təlim keçiriləcək. Bu barədə 16 oktyabr tarixində məlum olub.
Təlim, Xaçmaz Tarix Diyarşünaslıq muzeyində baş tutacaq. Gənclərin psixologiyası, onların üzləşdikləri çətinliklər, bu çətinliklərin öhdəsindən gəlmə yolları, abituriyentlərin imtahan gərginliyinin azaldılması və s. kimi məsələlər haqqında müxtəlif məlumatlar veriləcək, təlim interaktiv formada keçiriləcəkdir.
Təlim gənc psixoloqlar Şəbnəm Əlizadə və Səbinə Bağırova tərəfindən aparılacaq.
Qeydiyyat linki: https://forms.gle/4kRsPjuXLKsDphWK7