top
Tapılsa, qurban kəsəcəkdik - Cinsi azlıq nümayəndəsi olan qardaşı oğlunu öldürən əmi DANIŞDI
04 fevral 2026, 17:47
- ↺ +

"Tapılsa, qurban kəsəcəkdik" - Cinsi azlıq nümayəndəsi olan qardaşı oğlunu öldürən əmi DANIŞDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, noyabrın 4-də paytaxtın Bəşir Səfəroğlu küçəsində - "Efkar Meyhane" adlı məkanın yaxınlığında 2006-cı il təvəllüdlü Yasin İbadov çoxsaylı bıçaq xəsarətləri alaraq həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda proses təqsirləndirilən Babək İbadovun ifadəsi ilə davam edib.

Babək İbadov ifadəsində bildirib:

"Yasin ailəliklə bizi bloklamışdı. Bir il əvvəl icarəyə kafe işlədirdim, işlədim, onu da yanımda işə götürmüşdüm. Babamızın adını daşıdığı üçün Yasini əzizləyirdik. Mən onun cinsi azlıq nümayəndəsi olduğunu hiss etməmişdim. Yasin iyun ayında imtahan sessiyası üçün Mingəçevirə getmişdi, bir aydan sonra qayıdacaqdı. Anası zəng edib ağlamağa başladı ki, Yasin evə gəlmir. Öz "Instagram" səhifəsində Türkiyəyə uçmaq üçün aldığı biletin şəklini paylaşmışdı.

Bir gün sonra qardaşımla birlikdə pul tapıb Türkiyəyə getdik. Dedik ki, bu sadəlövh uşaqdır, tapıb evə gətirək, pis vərdişlərə qurşanmasın. Rayondakı qohumlar hətta qurban da demişdilər ki, tapılsa, qurban kəsəcəyik. İstanbulda hüquq-mühafizə orqanlarına da müraciət etdik. Onlar bizə dedilər ki, bu, 19 yaşını tamam etmiş insandır, istəməsə, onu zorla apara bilmərik.

Noyabrın 1-də "Instagram"da Yasinin üzü və dodaqları boyalı, gözləri sürməli şəkli qarşıma çıxdı. Telefonu əsəblə kənara tulladım. Evdəkilər əsəbiləşdiyimi görüb dedilər ki, boş ver, bəlkə montaj ediblər. Mən müharibə iştirakçısı olmuşam, parada gedəcəkdim. Amma buna görə getmədim ki, kimsə tanıyıb bilsə, biabır olaram.

Hadisə günü Yasin məni görən kimi biədəb səslərlə qışqırdı: 

"Kömək edin, nə olar kömək edin". Müharibədən bəri 5 ildir üstümdə gəzdirdiyim bıçağı zərblə Yasinin kürəyinə sancdım. Özümə gələndən sonra bildim ki, ona 20 dəfə bıçaq zərbəsi vurmuşam. Bir də baxdım ki, yerə sərilib. Dəqiq xatırlamıram, ayılanda bir səsin "Sən nə elədin?"  dediyini eşitdim. Sonra bir polis yaxınlaşdı. Əllərimi uzadıb dedim ki, "Qandalla qollarımı". Əməlimdən peşmanam. Soyadını çıxarsaydı, itib cəhənnəm olsaydı, onunla işim olmazdı".

Məhkəmənin növbəti iclası fevralın 23-nə, saat 11:20-yə təyin olunub. 

Onu da xatırladaq ki, cinsi azlıq nümayəndəsi olan Yasin İbadov Şamaxı rayonundandır.

Mənbə: Lent.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər