top
Şimalda zərərvericilərə qarşı səfərbərlik: Risk zonaları açıqlandı
16 fevral 2026, 16:37
- ↺ +

Şimalda zərərvericilərə qarşı səfərbərlik: Risk zonaları açıqlandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimal bölgəsində aqrar sahəni təhdid edən qəhvəyi mərmər bağacığı ilə bağlı regional müşavirə keçirilib. Tədbir Xaçmaz şəhərində baş tutub.

Shimal.News xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, rayonda zərərvericilərə qarşı sistemli tədbirlər görülür və məqsəd aqrar sahəyə dəyən zərəri minimuma endirməkdir. Onun sözlərinə görə, mübarizənin effektiv olması üçün fermerlərin məlumatlandırılması və profilaktik tədbirlərin genişləndirilməsi əsas şərtdir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə daha ciddi xəbərdarlıq edib: qlobal ticarət və iqlim dəyişiklikləri fonunda ölkəyə daxil olan invaziv zərərvericilər arasında qəhvəyi mərmər bağacığı ən riskli növlərdən biridir. Xüsusilə meyvəçilik və fındıqçılıq üçün real təhlükə yaradan bu həşərat artıq Şəki-Zaqatala ilə yanaşı Quba-Xaçmaz bölgəsində də geniş yayılıb. Nazir vurğulayıb ki, Xaçmaz və Qusar hazırda əsas risk zonaları hesab olunur.

Təklif olunan tədbirlər sırasında:

  • Bioloji mübarizə üsullarının tətbiqi;

  • Bağların və kəndətrafı meşəliklərin planlı dərmanlanması;

  • Könüllü qrupların prosesə cəlb edilməsi;

  • Əhalinin maarifləndirilməsi yer alır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri zərərvericinin ekoloji təhlükə yaratdığını qeyd edərək meşə və meşəətrafı ərazilərdə birgə tədbirlərin davam etdirildiyini bildiriblər. AQTA isə regionlarda aparılan monitorinq və koordinasiya işləri barədə hesabat təqdim edib.

Müşavirədə 2026-cı il üçün mübarizə planı geniş müzakirə olunub. Mesaj aydındır: Şimalın bağlarını qorumaq üçün koordinasiyalı və davamlı mübarizə qaçılmazdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər