Şimal rayonlarında fevralın 1 və 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.