Şimal bölgəsindən olan gənclər üçün "Təhsil və Karyera Yolunda İnkişaf Proqramı" təşkil edilir. Bu haqda ShimalNews 30 mart tarixində məlumat verir.
Adıçəkilən layihənin məqsədi gənclərin karyera quruculuğu yolunda addımlamasına, incə və sərt bacarıqlarının təkmilləşməsinə, həmçinin iş həyatında məqsədlərinə çatmalarına dəstək göstərməkdir. 16-25 yaş arası gənclər üçün nəzərdə tutulan proqram 8 gün davam edəcək və 8 fərqli mövzunu əhatə edəcək.
Layihədə iştirak etmək üçün 31 mart tarixinədək qeydiyyatdan keçmək lazımdır.