Şimal bölgəsində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Bu haqda ShimalNews 27 mart tarixində məlumat verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 52 sm olub. Qusar, Quba, Altıağacda yağış yağıb. Qrız, Şahdağ, Qubada duman müşahidə olunub.
Dağlıq rayonlarda 5 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.