“Ən yaxşı təqdimat” müsabiqəsinə rayon üzrə seçilmiş 5 şagird və onların fənn müəllimləri ilə görüş keçirilib. Bu haqda ShimalNews 5 aprel tarixində məlumat verir.
Görüşün məqsədi Heydər Əliyevin doğum gününün 101-ci ildönümü ilə əlaqədar təşkil olunan yarışmaya qatılacaq məktəbliləri respublika mərhələsinə hazırlamaq, onlara psixoloji dəstək olmaqdan ibarətdir.
Şagirdlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən seçiliblər.