21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
Shimal.News xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" futbol klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, U-21 ötən gün "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.