Şahdağ Turizm Mərkəzinin xizək yamacları hazırda bağlıdır.
Shimal.News xəbər verir ki, xizək yamaclarının bağlı olması müşahidə edilən hava şəraitinin qış mövsümünə xarakterik olmaması ilə əlaqələndirilir.
Bu barədə turizm mərkəzinin sosial media səhifələrində məlumat paylaşılıb.
"Hazırda qış-xizək mövsümünə hazırlıq gedir. Yamaclar uyğun vəziyyətə gətirildikdən sonra xizək mövsümünün açılış tarixi rəsmi saytımızda və sosial media səhifələrimizdə elan olunacaq",-deyə paylaşımda qeyd olunub.
Azərbaycanda qış turizm mövsümünün açılışı adətən dekabr ayının ikinci ongünlüyünə təsadüf edir.