Şimal rayonlarında yanvarın 22-ə gözlənilən hava şəraiti açıqlanıb.
Bu baradə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək və arabir dumanlı olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 2-6° şaxta olacaq.
Yollar buz bağlayacaq.