top
Rüşvətə görə həbs edilən polkovnikin yerinə TƏYİNAT
11 fevral 2025, 14:31
- +

Rüşvətə görə həbs edilən polkovnikin yerinə TƏYİNAT

İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Modern.az-ın məlumatına görə, icra başçısı Nahid Bağırov müvafiq qərar imzalayıb.

Qərara əsasən, əvvəllər İcra Hakimiyyətində baş məsləhətçi kimi çalışan Qiyas Abdullayev İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə yeni nümayəndəsi səlahiyyətlərini müvəqqəti icra edəcək. O, bundan əvvəl İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvvəllər Əlişir Süleymanov olub. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət edən Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

Ötən il Baş Prokurorluq İcra Hakimiyyətində əməliyyat keçirib. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Son xəbərlər

İdman
Bu gün, 16:49

"İncəsənət Olimpiadası 2026" keçirilib – Quba 3 qızıl medal qazanıb

İdman
Bu gün, 16:03

Ayxan Abbasov "Şamaxı"dan ayrılacaq?

Cəmiyyət
Bu gün, 15:10

Bahar Muradova Xızıda vətəndaşlarla görüşəcək

İdman
Bu gün, 14:10

Şəkidə WUF13 Festivalına start verilib

Hadisə
Bu gün, 13:40

Qubada bağ sahəsindən meyit tapıldı

İdman
Bu gün, 12:40

"Şamaxı"nın ağır məğlubiyyət seriyası davam edir

Faydalı
Bu gün, 12:00

Siyəzəndəki kərkəs sürüsünün sirri açıldı

Cəmiyyət
Bu gün, 11:32

Zaqatalada təhlükəli vəziyyət: elektrik dirəkləri evlərin üzərinə əyilib

Faydalı
Bu gün, 10:50

Azərbaycanda Xalçaçı Günü: Şimalın zəngin ənənələri və bu günün mənzərəsi

Cəmiyyət
Bu gün, 10:00

Qəbələdə WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Hadisə
Bu gün, 09:25

16 yaşına çatmayan qızını nişanlayan ata həbs edildi

Cəmiyyət
Dünən, 17:45

Qaxda sahibsiz heyvanlarla bağlı vəziyyət həll gözləyir – Sığınacaq ehtiyacı gündəmdə

Cəmiyyət
Dünən, 17:11

Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq - XƏBƏRDARLIQ

İdman
Dünən, 16:19

Qubada badminton üzrə yarış: kim qalib olacaq?

Cəmiyyət
Dünən, 15:30

Milli Məclisdə Quba məsələsi: bəzi kəndlərin adı dəyişdirilir

Cəmiyyət
Dünən, 14:50

"Shimal.News" gündəmə gətirdi, kənd işığa qovuşdu

Bütün xəbərlər
Dünən, 14:05

Şəkidə atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

Cəmiyyət
Dünən, 13:20

Vətən müharibəsinin tək qadın şəhidinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 12:20

Qəbələdə beynəlxalq tədbirə hazırlıq – WUF13 Festivalı başladı

Cəmiyyət
Dünən, 11:34

Dərman bazarında "ağıllı nəzarət" sistemi işə düşdü

Hadisə
Dünən, 11:04

İki övlad atasının ölümü: Xaçmazda baş verən hadisə araşdırılır

Cəmiyyət
Dünən, 10:30

RTİ: 815 şagird yarımfinalda iştirak edib

İqtisadiyyat
Dünən, 09:41

Xaçmaz və Zaqatalada fermerlər çətin vəziyyətdə

Hadisə
02 may 2026, 18:00

Qaxlı tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi

Oxşar xəbərlər