Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul edib.
Shimal.News xəbər verir ki, vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.