top
Rəqs edən arvadını videoya çəkdi, sonra da döydü
28 yanvar 2026, 18:00
- ↺ +

Rəqs edən arvadını videoya çəkdi, sonra da döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayonunda 1984-cü il təvəllüdlü Səbuhi, ailə münaqişəsi zamanı həyat yoldaşı Sevilə (adlar şərtidir) xəsarət yetirib. 

Demokrat.az-ın məlumatına görə, hadisə 2022-ci ilin sentyabrın 25-də rayonun kəndlərindən birində baş verib. Səbuhi həmin gün saat 13 radələrində sərxoş vəziyyətdə qonşusu Əmirin evinin həyətində arvadı ilə mübahisə edib və qisas məqsədilə ona yumruqla zərbələr vurub. Sevil müxtəlif dərəcəli xəsarət alıb.

Səbuhi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunub və özünü təqsirli bilib. O, ifadəsində həyat yoldaşı ilə qısqanclıq zəminində mütəmadi mübahisələr etdiklərini qeyd edib. 2008-ci ildə Sevil ilə ailə həyatı qurduqlarını, 3 övladları olduğunu və əvvəlcə valideynləri ilə, sonra isə özlərinə verilmiş ayrı evdə yaşadıqlarını söyləyib.

Səbuhi ifadəsində bildirib ki, sentyabrın 25-də, saat 13 radələrində mağazadan iki şüşə pivə alaraq içib və evə gedib. Evin arxasında fındıq yığan Sevilə yaxınlaşıb, ona anası Kəmaləni niyə həyətə buraxmadığını və mübahisə etdiyini soruşub. Bu sualdan sonra aralarında mübahisə başlayıb. Sevil fındıq bağından çıxıb və Əmirin həyətyanı sahəsinə keçib. Səbuhi onun arxasınca gedərək həmin həyətdən çıxmasını tələb edib. Mübahisə orada da davam edib və Sevil ona xoşagəlməz sözlər deyib. Bu sözlərə əsəbləşən Səbuhi Sevilin qollarından tutub və burnuna bir zərbə vurub. Sonra isə onu itələyərək evə getməsini söyləyib.

Zərərçəkmiş Sevil ifadəsində bildirib ki, həyat yoldaşı mütəmadi olaraq sərxoş vəziyyətdə mübahisələr yaradıb. O, sentyabrın 25-də fındıq yığarkən mobil telefonda musiqiyə qulaq asıb.

Səbuhinin onu  mobil telefonla çəkdiyini görüb və əli ilə rəqs hərəkəti edib. Həmin vaxt Səbuhi onu qısqanıb və mübahisə etməyə başlayıb. 

Fındıq bağından çıxıb qonşusunun həyətyanı sahəsinə keçərkən Səbuhi onu təqib edib və döyüb. Burnu qanayan qadın xəstəxanaya gedib.

Zaqatala Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Səbuhi barədə cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edib. Sevil əri ilə barışdığını və ona qarşı heç bir şikayəti olmadığını bildirib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər