Qusar rayonunun Bədirqala kəndində qazi Faiq Hüseynəliyevin ailəsi ziyarət olunub. Bu haqda ShimalNews 27 mart tarixində məlumat verir.
Görüş Novruz tətili günlərində baş tutub. Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları Peşə təlimi şöbəsinin 4-cü kurs tələbəsi qazi Faiq Hüseynəliyevə baş çəkmiş, bayram münasibətilə təbrik etmişlər.
Faiq Vətən müharibəsinin iştirakçısı olub. Düşmənə qarşı qəhrəmancasına vuruşaraq yaralanmış və sol ayağından ağır xəsarət almışdır.