top
Qusarın vunderkind yetirməsi - “Kalkulyator uşaq”
13 noyabr 2025, 13:50
- ↺ +

Qusarın vunderkind yetirməsi - “Kalkulyator uşaq”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Altı yaşında bütün ölkədə məşhurlaşan, “Kalkulyator uşaq” kimi tanınan Ruslan Səfərov bacarıqları ilə görənləri heyrətə salıb. Azərbaycanlı vunderkind saniyələr içində mürəkkəb riyazi əməliyyatları hesablamağı bacarırdı. Ruslan Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirdikdən sonra diqqət mərkəzinə düşüb.

Azərtac-ın məlumatına görə, 15 yaşlı Ruslan hazırda Bakıdakı “LANDAU School”un 9-cu sinfində oxuyur. O, əvvəlki kimi çalışqanlığı və nailiyyətləri ilə seçilir. Əla oxuduğuna görə məktəb tərəfindən xüsusi təqaüdə layiq görülüb.

Atası Fuad Səfərov bildirib ki, Ruslan artıq bir sıra beynəlxalq olimpiadalarda uğur əldə edib.

“Ruslan Sinqapur və Antalyada keçirilən beynəlxalq olimpiadalarda qızıl, Nyu-Yorkda isə gümüş medal qazanıb. Bu yarışlar daha çox kommersiya xarakterlidir. Orada iştirak etmək uşağın hazırlıq səviyyəsini artırır və özünə inam hissini gücləndirir. Amma bizi tam şəkildə razı sala biləcək nəticə Respublika Fənn Olimpiadasında (RFO) qazanılacaq uğur olacaq. Bu il Ruslan, RFO-da riyaziyyat fənni üzrə iştirak edəcək”, - deyə F.Səfərov söyləyib.

“Kalkulyator uşaq” Ruslan Səfərov hazırda ingilis dilini C2 səviyyəsinə çatdırmaq, həmçinin alman dilini öyrənmək üçün çalışır.

“Ruslanın bir vaxtlar televiziyada nümayiş etdirdiyi şifahi riyazi hesablamalar (mürəkkəb misalları, kökaltı ifadələri, faiz göstəriciləri və alqoritm məsələlərini saniyələr içində hesablaya bilməsi) o dövrdə 6 yaşlı uşaq üçün çox maraqlı idi. Amma indi o, 15 yaşındadır və artıq gələcəyini qurmalıdır. Şifahi riyazi hesablamalar o vaxt Ruslanı tanıtdırdı, amma indi daha ciddi elmlərlə məşğul olsa irəli gedəcək. Həmin sürətlə hələ də hesablaya bilər, sadəcə bu yaşda artıq qeyri-adi effekt yaratmayacaq”, - deyə Ruslanın atası bildirib.

Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan Ruslan yaş yarımlığından danışmağı və yeriməyi eyni vaxtda öyrənib.

Fuad Səfərov bildirib ki, Ruslanın əsas məqsədi dəyişməyib. O, gələcəkdə tanınmış xarici universitetlərdən birində təhsil alaraq elmi fəaliyyətlə məşğul olmaq istəyir.

Xatırladaq ki, Ruslan 2017-ci ildə Rusiya telekanallarında yayımlanan “Udivitelnıye lyudi” verilişində çıxış edərək məşhurlaşmışdı. Həmin vaxt o, Qusar şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyurdu və mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edirdi.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər