Qusar rayonunun Cibir kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 40 m² olan tövlədə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.
Yanğın nəticəsində tövlə, ona bitişik sahəsi 35 m² olan talvar və 10 ton ot bağlamasının 8 tonu yanıb.
Yanğın tam söndürülüb.