Qusarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin təşkilatçılığı ilə "Start IT" layihəsi artıq onlayn formatda davam edir.
Klubdakı gənclər, "Photoshop" proqramından "Minimalist" posterlərin necə hazırlamağını öyrəniblər. Qeyd edək ki, dərslər hər həftənin cümə axşamı saat 20:00-da Zoom platformasında keçirilir və ödənişsizdir.
İştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan linkə daxil ola bilərlər: https://linktr.ee/qusargikm
Daha öncə, Qusarda 15 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin təşkilatçılığı ilə "Start IT" layihəsi baş tutmuşdur.