Qusar Qadın Resurs Mərkəzində qadınlar sertifikatla təmin ediliblər. Bu haqda ShimalNews 23 mart tarixində məlumat verir.
Mərkəz tərəfindən “Kompüter bacarıqları” və “Effektiv özünü təqdim etmək və uğurlu müsahibə üçün peşəkar bacarıqlar” adlı təlimlər başa çatıb. Bununla bağlı 42 iştirakçının təltif edilmə mərasimi keçirilib.