Qusarda komediya, milli rəqslər və folklor nümunələrindən ibarət musiqili proqram hazırlanır. Bu barədə ShimalNews 5 iyul tarixində məlumat verir.
Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümün yekununu vurmağa hazırlaşır. İyulun 18-i axşam saatlarında Mahmud Əbilov adına meydanda açıq havada tədbir təşkil olunacaq.
Qonaqlar əylənəcək, eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasını izləyə biləcəklər.