Qusarda "Mədəniyyətimizi və incəsənətimizi yaşadaq!" mövzusunda mədəni-kütləvi tədbir keçirilib. Bu haqda ShimalNews 3 may tarixində məlumat verir.
Rayon Dövlət Rəsm Qalereyasının İstirahət Parkında təşkil edilən mərasim "Mədəniyyət küçəsi" layihəsi çərçivəsində baş tutub. Tədbirdə Qusar Rayon Mədəniyyət Mərkəzi və filiallarının müğənnilərinin, saz və gitara ifaçılarının, Hil kənd Folklor Evinin "Mel" folklor xalq kollektivinin, Qusar Uşaq İncəsənət Məktəbinin oğlanlardan və qızlardan ibarət rəqs qrupları çıxış ediblər.
Kiçik yaşlı uşaqlar üçün "Nağıl otağı" təşkil olunub. Həmçinin "Ləzginka Assa" rəqs qrupunun çıxışları da tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.