Qusar Rayon Mərkəzi Xəstəxanasında infeksion xəstəliklərə həsr olunmuş elmi konfrans keçirilib. Bu haqda ShimalNews 21 mart tarixində məlumat verir.
Tədbirdə xəstəxana rəhbərliyi, tibb işçiləri, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından, Şabran Rayon Mərkəzi Xəstəxanasından və “Oki” özəl klinik hospitalından dəvət olunan əlaqədar həkimlər iştirak ediblər.
Onlar gündəmin aktual mövzusu olan qızılca xəstəliyinə qarşı mübarizənin gücləndirilməsi və insanlar arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasını müzakirə ediblər.